Estoniyanın Baş naziri Kaya Kallas əri Arvo Xallikin biznesi ilə bağlı məlumatların açıqlanmasından sonra istefa təhlükəsi ilə üzləşib.
Azpost.info xəbər verir ki, məlum olub ki, ərinin ortaq sahibi olduğu nəqliyyat şirkəti Ukraynada müharibə başlayandan sonra Rusiyada fəaliyyətini davam etdirib.
“Reuters” xəbər verir ki, iki ictimai rəy sorğusu respondentlərin əksəriyyətinin Kallasın istefa verməli olduğunu göstərib.
Baş nazir özü ərinin şirkətdəki payını satmağa hazırlaşdığını bildirib. Avropa şirkətlərini Moskva ilə əlaqələri kəsməyə çağıran Kallas uzun müddətdir ki, Avropa İttifaqı və NATO-da Rusiyanın ən sərt tənqidçilərindən biri olub.
Estoniya mətbuatının yazdığına görə, Ukraynada münaqişə başlayandan məlum zavod 1,5 milyon avro qazanıb.
Prezident Alar Karis Baş nazirdən ətraflı izahat verməsini tələb edib. Kallas bildirib ki, ərinin biznesi haqqında tam məlumatı olmasa da, onun şirkəti Rusiya əməliyyatlarının tədricən bağlanması fonunda başqa bir Estoniya şirkətinə kömək edir.
Azpost.info