“Estoniya ilə Rusiya “gülləsiz müharibə” vəziyyətindədir”- Estoniyalı deputat

“Estoniya ilə Rusiya müharibə vəziyyətindədir”.

Azpost.info xəbər verir ki, bunu estoniyalı deputat Maris Lauri deyib.

“Güllələr uçmur, amma gülləsiz də müharibə mümkündür. Belə bir müharibəni Putin Rusiyası başlatdı və hədəf Qərb, o cümlədən Estoniyadır”, – deputat bildirib.

Onun sözlərinə görə, Estoniya tarix boyu dəfələrlə köməksiz qalıb, Rusiya isə respublikaya həmişə hücum edib: “Estoniya NATO və Avropa İttifaqına üzv olması sayəsində indi təhlükəsizdir”.

Deputat əlavə edib ki, Estoniya Qərb sivilizasiyasının sərhəd ölkəsidir və bu baxımdan Rusiya ilə daha ehtiyatlı olmalıdır.

Azpost.info

Əvvəlki məqalə

“Azərsığorta” şirkəti yeni konseptdə ilk filialını açdı – FOTO

Sonrakı məqalə

Kraliça II Yelizaveta Baş nazir Liz Trası qəbul edib