Estoniya parlamenti Rusiyanın dondurulmuş aktivləri ilə bağlı qərar verdi

Estoniya parlamenti Rusiyanın dondurulmuş aktivlərinin Ukraynanın bərpası məqsədilə istifadəsini qanuniləşdirən qanunu qəbul edib.

Azpost.info xəbər verir ki, bu barədə Estoniya parlamentindən bildirilib.

Deputatlardan 65-i qanun layihəsinin lehinə, 3-ü isə əleyhinə səs verib.

“Dondurulmuş aktivlərin istifadəsi ilə bağlı hüquqi normaların işlənib hazırlanması mürəkkəb bir məsələdir, onun üzərində bir neçə NATO müttəfiqi ölkə və beynəlxalq təşkilatlar çalışır”, – parlamentin konstitusiya komissiyasının sədri Hendrik Yohannes Terras deyib.

Azpost.info

Əvvəlki məqalə

“ABŞ Çinin Rusiya sənayesinə dəstəyindən narahatdır”

Sonrakı məqalə

Sülhməramlılar Qarabağı belə tərk etdilər –