Estoniya XİN Rusiyaya səfər etməməyə çağırıb- Sərhədi bağlaya biləcəyini deyib

Estoniya hakimiyyəti miqrant axını zamanı sərhədlərin bağlanma ehtimalının yüksək olması səbəbindən həmvətənlərinə Rusiyaya getməməyi tövsiyə edib.

Azpost.info xəbər verir ki, xəbərdarlığı Respublika Xarici İşlər Nazirliyi yayıb.

“Rusiyada müvəqqəti qalan Estoniya vətəndaşlarından imkan daxilində ölkəyə qayıtmaları xahiş olunur. Onlar həmçinin Xarici İşlər Nazirliyinin saytında qaldıqları yerləri qeydiyyatdan keçirməlidirlər. Miqrasiya təzyiqi səbəbindən Estoniya ən qısa müddətdə sərhəd keçidlərini müvəqqəti bağlaya bilər və sonra onlar vasitəsilə geri qayıtmaq artıq mümkün olmayacaq”, – hökumət xəbərdarlıq edib.

Xarici İşlər Nazirliyi həmçinin xatırladıb ki, həm Estoniya, həm də Rusiya pasportlarına malik şəxslər Moskva tərəfindən Rusiya vətəndaşı hesab olunur. Ona görə də Estoniyanın onlara konsulluq yardımı göstərmək imkanları məhduddur.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.