Etirazçılar İrəvandakı Rusiya səfirliyini bloklayıb –Moskva Ermənistana nota verib

İrəvandakı Rusiya səfirliyi nümayişçilər tərəfindən bloklanıb.

Bu barədə TASS agentliyi məlumat yayıb.

Bildirilib ki, səfirlik tədbir görülməsi üçün Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərib.

Qeyd olunub ki, Rusiyanın Ermənistandakı səfirliyi nümayişçilər tərəfindən bloklanıb və bu səbəbdən səfirlik əməkdaşları binanı tərk edə bilmirlər.

“Səfirliyin binası bloklanıb. Binanın əsas girişində çoxlu nümayişçi var. Arxa giriş də bağlanıb, lakin o tərəfdə neçə nəfərin olduğu bəlli deyil”, – deyə agentliyin səfirlikdəki həmsöhbəti bildirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.