Etirazçılar Netanyahunun partiyasının Tel-Əvivdəki qərargahına basqın ediblər

Etiraz
Etiraz

İsrailin paytaxtı Təl-Əvivdə hökumət əleyhinə etiraz aksiyası iğtişaşlarla başa çatıb.

İsrail polisinin mətbuat xidmətinin məlumatına görə, ictimai asayişi pozan ümumilikdə 62 nəfər saxlanılıb.

Nümayişçilər mayın 28-i axşam saatlarında Təl-Əvivin mərkəzində İsrailin baş naziri Binyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyasının yerli qərargahı yaxınlığında toplaşıblar.

“The Times of Israel” yazır ki, aksiya iştirakçıları Netanyahunun girovlarla bağlı danışıqlara münasibətinə qarşı çıxaraq bütün oğurlananların dərhal azad edilməsini tələb ediblər.

Daha sonra etirazçılar “Likud”un binasına bitişik küçələrdə nəqliyyatın hərəkətini kəsib, alov yandırmağa cəhd edib, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə toqquşublar.

Bir qrup nümayişçi binanın içərisinə girə bilib və orada barrikada qurmağa cəhd edib.

Polis iğtişaşlara çevrilən aksiyanı qanunsuz elan edib, bütün etirazçıları zorla küçəyə çıxarıb və mitinqi dağıdıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, izdihamın dağıdılması zamanı iki polis əməkdaşı yaralanıb.

APA

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.