“Etirazçılar öldürülsə İrana çox sərt zərbə endiriləcək” –TRAMP

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranda etiraz aksiyalarının iştirakçıları öldürülərsə, Vaşinqton Tehrana qarşı “çox sərt” zərbə endirəcək və İran “ağır bədəl ödəyəcək”.

Ağ Ev rəhbəri bu barədə “Salem News Channel” telekanalının efirində bildirib.

Onun sözlərinə görə, belə bir vəziyyətdə ABŞ-ın cavabı son dərəcə sərt olacaq.

“Onlar bilirlər və onlara çox açıq şəkildə deyilib ki,əgər bunu etsələr, bunun üçün çox baha başa gələcək”, – deyə Tramp bildirib.
Donald Tramp cümə axşamı günü ölkə miqyaslı etirazlara çıxan iranlıları “cəsur insanlar” adlandırıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.