“Etirazlara baxmayaraq, xarici agentlər haqqında qanun qəbul ediləcək”- Baş nazir Kobaxidze

Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası etirazlara baxmayaraq, xarici agentlər haqqında qanun layihəsini hər üç oxunuşda qəbul etməyi planlaşdırır.

Azpost.info xəbər verir ki, bunu Baş nazir İrakli Kobaxidze mətbuat konfransında bildirib.

“Əlbəttə, biz bu qanunu qəbul edəcəyik. Bir neçə gün narahatlıq olacaq, lakin uzunmüddətli perspektivdə biz ölkəni illər boyu qütbləşmədən və radikalizmdən sığortalayacağıq”, – Kobaxidze qeyd edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.