Ev sahibi mənzilini kirayə verdiyi şəxsə bağışladı

Avstriyada ev sahibi mənzilini kirayənişinə bağışlayıb. 
AzPost bildirir ki, Avstriyada bir kişi 23 il boyunca eyni evdə kirayə yaşayıb. Bu illər ərzində evi qayğı ilə qoruyub və ona diqqət göstərib.
Hər ay kirayə pulu vaxtlı -vaxtında ödənilib, evdə yaranan texniki nasazlıqlar həll olunub və bağçaya müntəzəm qulluq göstərilib.
Evin ölçüsü kiçik və sadə olsa da, uzun illər boyunca faktiki olaraq şəxsi mülkiyyət kimi istifadə edilib. Ev sahibi zəngin olub. Bu illər ərzində evi yoxlamayıb və yalnız müqavilə yenilənməsi ilə maraqlanıb.
 Kirayəçi yaşadaığı evin 23-cü ildə məktub alıb. Poçt qutusuna göndərilən zərfdən çıxan sənəd evin mülkiyyətinin tam şəkildə kirayəçiyə keçirildiyini göstərib.  Sənədlər göstərir ki, mülkiyyət heç bir ödəniş və şərt olmadan, pulsuz ona təhvil verilib.
 Ev sahibi bu qərarı uzunmüddətli məsuliyyətli və diqqətli yanaşmanı nəzərə alaraq qəbul edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.