Evdən icazə sənədi ilə çıxmaq olacaq –Vətəndaşların hərəkəti elektron cihazlarla izlənəcək (QƏRARGAH)

“Vətəndaşların icazə ilə çölə çıxması ilə bağlı sənəd hazırlanır, yaxın saatlarda açıqlanacaq”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədov deyib ki, həmin sənəd hələlik təsdiqlənməyib: “Bu mexanizm üzərində iş gedir, yaxın saatlarda təsdiqlənəcək”.

“Karantin rejiminin tələblərinə görə, vətəndaşların zəruri hallarda evdən çıxmasına icazə verilir – ərzaq, dərman almaq, məişət tullantılarını atmaq üçün və həyatı üçün təhlükə olanda”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev bildirib

“Vətəndaşlara düzgün izah etmə məsələsi artıq həllini tapıb. Vətəndaşların evdən çıxması elektron cihazlarla tənzimlənəcək. Yaxın vaxtlarda geniş məlumat veriləcək. Vətəndaş evdən çıxmamış müəyyən nömrəyə sms-lə bu barədə izah verəcək. Onlara icazə veriləcək. Vətəndaşa polis naryadı yaxınlaşanda o şəxsiyyət vəsiqəsini verəcək və polis planşetlə ona icazə verilib verilmədiyi görünəcək. Vətəndaş Yasamalda icazə alıbsa, başqa rayonda aşkarlanıbsa, o artıq karantin rejimini pozmuş kimi qiymətləndiriləcək”, – deyə o əlavə edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Son günlər koronavirusa yoluxma ilə bağlı rəqəmlər 10, 20 nəfər artır” –

Sonrakı məqalə

Vüsal Kərimli: