“Son günlər koronavirusa yoluxma ilə bağlı rəqəmlər 10, 20 nəfər artır” –QƏRARGAH

“Son günlər bütün respublika ərazisində virusun aşkarlanması olur”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfrasında qərargahın üzvü, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib.

Onun sözlərinə görə, artıq rəqəmlər son günlər 10, 20 nəfər artır: “Bütün bölgələrdə test aparılır. Məqsəd virusa yoluxan şəxsləri tez aşkarlamaq, onları və ətrafındakıları izolyasiya etməkdir. Artıq ölkədə insanlar arasında yoluxma var. Bu gün təkcə xaricdən gəlmə hadisələrindən danışmırıq”. Qarayeva qeyd edib ki, bu gün tək qorunma yolu özünü izolyasiya yoludur: “Bunun xüsusi peyvəndi, dərmanı yoxdur. Hazırda bu xəstəlikdən qorunma yolu hər bir vətəndaşın özünü izolyasiya etməsidir” .

Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, 31 mart saat 00.00-dan daha çox məhdudiyyətlər tətbiq olunub. İnsanların küçəyə çıxmasına məhdudiyyətlər qoyulub. Xüsusi əhəmiyyətli orqanlar istisna olmaqla, insanların ciddi şəkildə özünü təcridi üçün şərait yaradılıb.

İ. Məmmədov deyib ki, məqsəd insanların sağlamlığını qorumaq, eyni zamanda ərzaq təhlükəsizliyini təmin etməkdir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda daha 41 nəfərdə koronavirus aşkarlandı –

Sonrakı məqalə

Evdən icazə sənədi ilə çıxmaq olacaq –