Alatavada qanunsuz söküntü işləri ilə bağlı həbs edilən “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb.
AzPost-un məlumatına görə, News365.az xəbər verir ki, Qalib Məmmədov barəsindəki həbs qərarı ötən həftə dəyişdirilib. Onun istintaqı ev dustaqlığı şəraitində davam edəcək.
Xatırladaq ki, Q. Məmmədov martın 28-i Yasamal rayonunda söküntü işi ilə əlaqədər cinayət işi çərçivəsində saxlanılmış, bir gün sonra isə barəsində həbs qətimkan tədbiri seçilmişdi.