Evini qanunsuz tərk edən koronavirus xəstəsinə cinayət işi açıldı –Sumqayıtda (VİDEO)

Sumqayıt şəhər Polis idarəsi və Qubadlı rayon polis şöbəsinin əməkdaşları Sumqayıt şəhərinin inzibati ərazisində qanunsuz olaraq yaşadığı evi tərk edən aktiv koronavirus xəstəsi aşkarlayıblar.

Aktiv koronavirus xəstəsi Sumqayıt şəhər Kotec qəsəbəsində yaşayan 1963-cü il təvəllüdlü Kərimov İbrahim Ramazan oğludur. Dərhal əraziyə təcili tibbi yardım avtomobili çağırılıb.

Qeyd edək ki, Kərimov İbrahim Ramazan oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə cinayət işi açılıb. İstintaq tədbirləri davam etdirilir.

Şəxs polisin nəzarətinə götürülüb.

https://youtu.be/6yRnjONMpKA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Mehriban Əliyeva şəhid ailələrinin ev probleminin həlli ilə bağlı göstəriş verib

Sonrakı məqalə

Baş Prokurorluq qətlə yetirilmiş 10 yaşlı Nərminin işi ilə bağlı açıqlama yaydı