Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Evlərin satışı zamanı hansı yeni güzəştlər tətbiq edilir?

User 03 İyun 2023 - 21:34 (Last updated: 21 May 2025 - 20:15)
16857880896007947417_1200x630

Evini satan vətəndaşlara əldə etdikləri gəlirdən vergi ödənişi zamanı müəyyən güzəştlər tətbiq olunur.

Dövlət Vergi Xidmət xəbər verir ki, güzəştlərlə bağlı qanunvericiliyin tələbini iqtisadçı -ekspert Anar Bayramov şərh edib.

Ekspert bildirib ki, Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, vətəndaş tərəfindən yaşayış sahələri təqdim edildikdə üç güzəşt tətbiq edilir. Birincisi, evi sökülmüş vətəndaşa gələcəkdə əmlakın təqdim olunması zamanı fərqli yanaşmanın tətbiq edilməsidir. Vergi Məcəlləsinin 218-1.1.5.1-ci maddəsinə əlavə edilən ikinci hissəyə əsasən, fiziki şəxs sökülmüş binada yerləşən yaşayış sahəsində azı 3 təqvim ili ərzində (sökülmüş və sökülmüş binanın yerində tikilən yeni binada yaşayış yeri üzrə qeydiyyatda olduğu müddətlər cəmlənməklə) yaşayış yeri üzrə qeydiyyatda olduğu halda, sökülmüş binanın yerində tikilən yeni binadan həmin fiziki şəxsə verilən yaşayış sahəsinin təqdim edilməsinə də bu maddənin müddəaları tətbiq olunur: “Bu zaman sadələşdirilmiş vergidən azadolma yerli icra hakimiyyəti orqanı tərəfindən verilmiş və özündə yaşayış sahələrinin sökülməsini və sökülmüş yaşayış sahəsinin müqabilində yeni yaşayış sahəsinin verilməsini təsdiq edən arayış əsasında fiziki şəxsin sökülmüş yaşayış sahəsinin sahəsi həddində (artıq sahə verildiyi halda isə sökülmüş yaşayış sahəsinin 20 faizi həddində artıq sahə üzrə) tətbiq edilir”.

A.Bayramovun sözlərinə görə, dəyişiklikdə məqsəd odur ki, uzun müddət bir ünvanda qeydiyyatda olan şəxsin evinin sökülməsi nəticəsində yeni ünvanda qeydiyyat tarixinin yenidən başlaması vətəndaşın ziyanına olardı. Çünki Vergi Məcəlləsinin 150.1.9-cu maddəsinə əsasən, vətəndaş tərəfindən daşınmaz əmlakın satılması zamanı güzəşt əldə etmək üçün fiziki şəxs azı 3 təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olmalıdır.

Qeyd olunub ki, maddədə diqqət çəkən məqamlardan biri də, yaşayış sahəsinin sahəsi ilə bağlıdır. Vətəndaşın sökülən evdə yaşayış sahəsi 50 kvadratmetrdirsə, o zaman sökülmüş evinin əvəzində təqdim edilən evin 60 kvadratmetr (50 kvadratmetr (sökülən yaşayış sahəsi) -10 kvadratmetr (sökülən sahənin 20 faizi həcmində artıq sahə)) sahəsi qədər güzəşt tətbiq edilir.

Vergi Məcəlləsinin 150.1.9-cu maddəsinə əsasən, vətəndaş tərəfindən daşınmaz əmlakın satılması zamanı fiziki şəxsin azı 3 təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu halda ona güzəşt tətbiq edilir. Vergi qanunvericiliyinə görə, fiziki şəxs qeydiyyatda olmasa da, azı 3 təqvim ili ərzində həmin yaşayış sahəsində yaşamasını təsdiq edən sənədlərə malikdir. Bu halda fiziki şəxsin mülkiyyətində (o cümlədən ər və arvadın birgə mülkiyyətində) yalnız bir yaşayış sahəsinin olması şərtinə diqqət yetiriləcək. Əgər hər iki şərt ödənilərsə, o zaman yaşayış sahələrinin təqdim edilməsi zamanı sadələşdirilmiş vergi üzrə güzəşt tətbiq olunur.

Post navigation

Previous: “Mançester Siti” İngiltərə kubokunun qalibi olub
Next: Ərdoğanın adından şam yeməyi verilib –

Oxşar xəbərlər

DIN
  • Sosial

Borca görə axtarışda olan 88 nəfər saxlanılıb

User 23 Oktyabr 2026 - 10:00
manat
  • Sosial

DSMF əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydalarını açıqlayıb

User 22 Oktyabr 2026 - 19:36
din prokurorluq
  • Sosial

Bakıda 25 il əvvəlki qətlin üstü açıldı -RƏSMİ AÇIQLAMA

User 22 Oktyabr 2026 - 17:41

xƏBƏR

BUDCE02
  • Baş Yazı

2027-ci ilin büdcəsi: Dövlət hansı sahələrə daha çox pul ayıracaq? – TƏHLİL

User 23 Oktyabr 2026 - 11:59
Azərbaycanda 2027-ci ilin dövlət büdcəsi üzrə xərclərin 42,4 milyard manat, gəlirlərin isə 39,234 milyard manat olması proqnozlaşdırılır....
Read more about 2027-ci ilin büdcəsi: Dövlət hansı sahələrə daha çox pul ayıracaq? – TƏHLİL
Tramp üçüncü dəfə prezident olmaq istəyir – ABŞ liderindən gözlənilməz açıqlama tramp tebessum
  • Dünya

Tramp üçüncü dəfə prezident olmaq istəyir – ABŞ liderindən gözlənilməz açıqlama

User 23 Oktyabr 2026 - 11:46
ABŞ-ın sülh planı üzə çıxdı – Donbasda bufer zona, Rusiyaya qaz bazarı və sanksiya güzəştləri putin uitkoff
  • Dünya

ABŞ-ın sülh planı üzə çıxdı – Donbasda bufer zona, Rusiyaya qaz bazarı və sanksiya güzəştləri

User 23 Oktyabr 2026 - 11:37
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib ilham hind nazir
  • Siyasət

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

User 23 Oktyabr 2026 - 11:26
Pensiya və müavinətlər artırılacaq? – Nazir yeni sosial paketi açıqladı anar-aliyev-nazir
  • Baş Yazı

Pensiya və müavinətlər artırılacaq? – Nazir yeni sosial paketi açıqladı

User 23 Oktyabr 2026 - 10:59
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.