Evli qadın internetdə tanış olduğu kişiyə görə ərini tərk etdi –Abşeronda film kimi faciəvi hadisə /FOTO

Abşeron rayonunun Qobu qəsəbəsində ailə-məişət zəmnində dava düşüb.

Hadisə Qobu qəsəbəsində Əliağa Vahid küçəsində baş verib.

Belə ki, 19 yaşlı Nərimanova Aynur Zahid qızı yaşadığı evdə həyat yoldaşı Alim Nərimanov tərəfindən bıçaqlanıb.

Yaralı Kliniko Tibbi Mərkəzə yerləşdirilib.

Onun anası Ruhiyyə APA-ya bildirib ki, qızı Aynur iki aylıq hamilə imiş, o sosial şəbəkə vasitəsilə kuryerliklə məşğul olan Elçin adlı oğlanla tanış olub. Daha sonra o yaşadığı evdə əri Alimlə mübahisə edərək Elçinin yanına, yəni Xırdalan şəhərinə gedib.

Alim Aynura məxsus mobil telefonda onun Elçinlə yazışmasını görüb. Alim bundan hiddətlənərək həyat yoldaşını bıçaqlayıb.

Faktı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.