“Exo Moskvı” radiosunun baş redaktoru Kəlbəcərdə həlak olan jurnalistlərlə bağlı başsağlığı verib

Rusiyanın “Exo Moskvı” radiostansiyasının baş redaktoru Aleksey Venediktov Azərbaycanın Kəlbəcər rayonunda minaya düşməsi nəticəsində iki jurnalistin həlak olması ilə əlaqədar başsağlığı verib.

A.Venediktov jurnalistlərin həlak olması ilə bağlı başsağlığında bildirib: “İki azərbaycanlı jurnalist Qarabağda minaya düşüb. Qarabağda minalanmış ərazilər çoxdur. Bizim iki həmkarımız Sirac Abışov və Məhərrəm İbrahimov, onlar jurnalistlər kimi prosesləri işıqlandırmaq məqsədilə nəqliyyat vasitəsində gedərkən minaya düşərək həlak olublar. Müharibə bu dəfə dinc peşə sahiblərinə – jurnalistlərə yetişib. Mən onların çalışdıqları kollektivlərə, ailələrinə başsağlığı verirəm”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir