Eyni dairədə 2 Rauf Abbasov deputatlıq uğrunda mübarizə aparacaq –

Dairə xüsusi nəzarətə götürüldü
15 Yanvar 2020 - 17:19
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 1 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
 
35 saylı Xətai seçki dairəsindən namizədliyi qeydə alınmayan Abbasov Rauf Çərkəz oğlu MSK-ya müraciət edib. Onun müraciəti haqqında MSK-nın katibi Arifə Muxtarova məlumat verib.
Onun sözlərinə görə, R. Abbasov müraciətində qeyd edib ki, Dairə Seçki Komissiyası onun namizədliyinin qeydə alınmasından əsassız olaraq imtina edib: “Məsələni Mərkəzi Seçki Komissiyasının ekspert qrupu araşdırıb. Qərarda namizədliyin qeydə alınmasından imtina edilmənin səbəbləri göstərilməyib”.
Müzakirələrdən sonra Mərkəzi Seçki Komissiyası namizədin qeydə alınmasından imtina edilməsiylə bağlı DSK-nın qərarını ləğv edib.
MSK sədrinin müavini Rövzət Qasımov deyib ki, həmin seçki dairəsi xüsusi nəzarətə götürülsün: “Çünki ola bilər ki, həmin seçki dairəsi bizə gələcəkdə müəyyən problemlər yarada bilər”.
Qeyd edək ki, bu dairədə gərgin seçki keçiriləcəyi gözlənilir. Burada əsas rəqiblər “Yeni Müsavat”ın təsisçisi Rauf Arifoğlu (Abbasov) və Ümid Partiyasının sədri İqbal Ağazadədir. (bakupost)
Namizədlərin siyahısını təqdim edirik:
Abbasov Arzu Mirsalah oğlu
Abbasov Rauf Arif oğlu
Abbasov Rauf Çərkəz oğlu
Ağa-zadə İqbal Fehruz oğlu
Dadaşov Səlim Nadir oğlu