Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

Eyni mahnılar niyə müxtəlif insanlarda eyni xatirələri oyadır? – Səbəb

User 18 Noyabr 2026 - 09:51 (Last updated: 18 Noyabr 2026 - 09:44)
sou biz esas

Prinston Universitetinin araşdırması göstərib ki, eyni musiqi janrına və onilliyə aid mahnılar müxtəlif insanlarda təəccüblü dərəcədə oxşar xatirələr oyadır. Hətta bu xatirələr insana tamamilə şəxsi və yalnız özünə məxsus görünsə belə. Alimlər bu təsiri hadisələri necə yadda saxladığımıza və illər sonra onları zehnimizdə necə canlandırdığımıza təsir edən mədəni ssenarilərlə əlaqələndirirlər.

Noyabrın 16-da Proceedings of the National Academy of Sciences (PNAS) jurnalında dərc olunan tədqiqat çərçivəsində iştirakçılara pop, kantri və hip-hop janrlarında məşhur mahnıların 30 saniyəlik hissələri dinlədilib.

Bəzi mahnılar iştirakçıların öz yeniyetməlik illərində, digərləri isə valideynlərinin gənclik dövründə populyar olub. Dinləmədən sonra könüllülər musiqinin onlarda hansı xatirələri oyatdığını təsvir ediblər.

Prinston Universitetinin tədqiqatçıları mindən çox təsviri təhlil etmək üçün təbii dilin emalı metodlarından istifadə ediblər. Məlum olub ki, eyni janra və ya dövrə aid mahnılar müxtəlif insanlarda böyük ehtimalla oxşar xatirələr yaradır.

Bu oxşarlığın mahnıların sözləri ilə bağlı olub-olmadığını yoxlamaq üçün alimlər daha iki eksperiment keçiriblər. Birinci eksperimentdə iştirakçılara mahnı mətnləri üçün xarakterik olan ayrı-ayrı sözlər, ikincidə isə mahnıların məzmununun qısa təsvirləri təqdim olunub. Lakin bu ipucları xatirələrdə eyni dərəcədə oxşarlıq yaratmayıb.

Tədqiqatın müəllifləri hesab edirlər ki, musiqi fərdi avtobioqrafik xatirələrlə mühüm tarixi hadisələrə dair kollektiv yaddaş arasında yerləşən aralıq yaddaş formasını üzə çıxarmağa kömək edir.

Söhbət “mədəni ssenarilər” adlanan anlayışdan gedir. Bunlar müəyyən şəraitdə hansı hadisələrin baş verdiyi və hansı musiqinin həmin hadisələrlə əlaqələndirildiyi barədə insanların mənimsədiyi təsəvvürlərdir.

Məsələn, insanların şəxsi həyat hekayələri fərqli olsa da, yayda avtomobillə səyahət, ailə toyları və ya əyləncə gecələri ilə bağlı oxşar musiqi assosiasiyaları ola bilər.

Belə ssenarilər həm xatirələrin formalaşmasına, həm də sonradan onların yada salınmasına təsir göstərir. Buna görə də insanın əvvəllər heç eşitmədiyi bir mahnı belə, aid olduğu musiqi janrının yaratdığı müəyyən təsəvvürlər sayəsində onda tanış assosiasiyalar oyada bilər.

Tədqiqatçıların fikrincə, nəticələr göstərir ki, hətta ən şəxsi xatirələrimiz belə yalnız fərdi təcrübəmiz əsasında formalaşmır. Eyni nəslə mənsub insanları birləşdirən ümumi mədəni təsəvvürlər də bu prosesdə mühüm rol oynayır.

N.Talıblı

AzPost.az

Post navigation

Previous: İndi səhradır, 125 min il əvvəl isə göl olub – Ərəbistanda sensasiyalı tapıntı
Next: 18 noyabr üçün ulduz falı – Bu bürcləri vacib qərarlar və gözlənilməz təkliflər gözləyir

Oxşar xəbərlər

burcler
  • Maraqlı

18 noyabr üçün ulduz falı – Bu bürcləri vacib qərarlar və gözlənilməz təkliflər gözləyir

User 18 Noyabr 2026 - 10:00
sehra
  • Maraqlı

İndi səhradır, 125 min il əvvəl isə göl olub – Ərəbistanda sensasiyalı tapıntı

User 18 Noyabr 2026 - 09:44
urek mualice
  • Maraqlı

Ürəyinizi təhlükəyə atan 7 gündəlik vərdiş – Kardioloqlar xəbərdarlıq edir

User 17 Noyabr 2026 - 22:06

xƏBƏR

burcler
  • Maraqlı

18 noyabr üçün ulduz falı – Bu bürcləri vacib qərarlar və gözlənilməz təkliflər gözləyir

User 18 Noyabr 2026 - 10:00
Qoç Bu gün uzun müddətdir müzakirə olunsa da, nəzərəçarpacaq nəticə verməyən işi sürətləndirmək istəyəcəksiniz. Artıq bütün lazımi...
Read more about 18 noyabr üçün ulduz falı – Bu bürcləri vacib qərarlar və gözlənilməz təkliflər gözləyir
Eyni mahnılar niyə müxtəlif insanlarda eyni xatirələri oyadır? – Səbəb sou biz esas
  • Maraqlı

Eyni mahnılar niyə müxtəlif insanlarda eyni xatirələri oyadır? – Səbəb

User 18 Noyabr 2026 - 09:51
İndi səhradır, 125 min il əvvəl isə göl olub – Ərəbistanda sensasiyalı tapıntı sehra
  • Maraqlı

İndi səhradır, 125 min il əvvəl isə göl olub – Ərəbistanda sensasiyalı tapıntı

User 18 Noyabr 2026 - 09:44
İran ABŞ-a kimyəvi silahla hücum hazırlayır? – Əraqçidən sərt cavab Əraqçi
  • Dünya

İran ABŞ-a kimyəvi silahla hücum hazırlayır? – Əraqçidən sərt cavab

User 18 Noyabr 2026 - 09:35
Bu günə olan valyuta məzənnələri valyuta
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 18 Noyabr 2026 - 09:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.