Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

Eynulla Fətullayevə Rusiyaya giriş qadağan edilib

User 21 Mart 2022 - 19:09 (Last updated: 21 May 2025 - 20:15)
eynulla

Rusiya ərazisində Azərbaycanın bir sıra internet syatlarının bloklandığı bildirilir.

Bloklanan saytaların dəqiq sayı barədə məlumat verilmir, amma media ekspertləri əsasən Ukrayna ilə bağlı bu ölkədən reportajlar yayan və qərb mediasındakı xəbərləri rus dilinə çevirərək yayan saytların yayımının məhdudlaşdırıldığını bildirir.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Azərbaycan saytlarının Rusiya ərazisindəki yayımına məhdudiyyət qoyulur. “Söhbət konkret olaraq rus dilli “haqqin.az” və “minval.az” saytına münasibətdən gedir. Əlbəttə, siyahı genişlənə də bilər.”

Amaşov sual edir ki, Azərbaycanın kütləvi informasiya vasitələri nə edir ki, belə rəftara layiq görülür?

“Obyektiv yanaşma, həqiqətləri yazmağa dözmək belə çətindir? Axı Rusiya müstəqil Ukraynanın ərazisinə qoşun yeridib. Bunun arxasında hansı qlobal siyasi məqamlar var, bu, başqa məsələ. Fakt budur ki, ortada işğal var və bizim media orqanlarımızın məhz bu danılmaz reallığa söykənməsi məqbuldur,” o qeyd edib.

Mətbuat Şurasının sədri hesab edir ki, Azərbaycan KİV-ləri haqlı olaraq Rusiya-Ukrayna müharibəsinə geniş yer verir.

“Bu mənada “haqqin.az” saytının fəaliyyətini xüsusi vurğulamalıyam. Eynulla Fətullayev (saytın baş redaktoru) müharibənin ilk günlərindən Ukraynadaydı. Ən gərgin nöqtələrdən yayımlar edirdi. Bu zaman həm peşə marağı, həm də əsl həqiqətləri önə çəkmək əzmi öndəydi. Məhz bu keyfiyyətlərinə görə “haqqın.az” həmişə Rusiya oxucularının diqqət mərkəzində olub,” Amaşov qeyd edib.

Öz növbəsində Rusiyada, o cümlədən Moskva şəhərində olan bir neçə Azərbaycan vətəndaşı Amerikanın Səsinin xahişi ilə həmin saytlara daxil olmağa cəhd edib, lakin saytlar açılmayıb.

Haqqın.az saytının baş redaktoru Eynulla Fətullayev Amerikanın Səsinə deyib ki, onun rəhbərlik etdiyi haqqin.az və virtual.az syatları Rusiya ərazisində bloklanıb, özünün isə Rusiya ərazisinə girişinə qadağa qoyulub.

“Rusiya hökumətinin saytlara blok qoyması söz azadlığının pozulmasıdır. Rusiya ukraynada hərbi cinayətlər törədir, eyni zamanda Ukraynaya intervensiyanın nəticələrini, Rusiya Ordusunun itkilərini öz xalqından gizlədir. Biz isə həm Ukrayna, həm də dünya mənbələrindən bəhrələnərək baş verənləri Rus dilinə tərcümə edərək yayırıq. Bu məluatları Rusiyada on minlərlə insan oxuyub paylaşırdı. Sadəcə Rusiya hakimiyyəti həqiqətdən qorxur. Çünki günahkardır, çünki hərbi cinayətlər törədir. Ona görə də sözə qarşı mübarizə aparır. Çünki həqiqət Rusiyanın cinayətkar hakimiyyətini ifşa edir.”

Baş redaktor hesab edir ki, 21-ci əsrdə internetlə mübarizə aparmaq qeyri-zəkalılıqdır.

“Indi bizim oxucular VPN proqramları vasitəsi ilə oxuyurlar. Düzdür onlar VPN proqramalrını da bloklayırlar. Ancaq yeni VPN proqraları yaranır.”

Post navigation

Previous: Ölkəmizlə əsas ticarət tərəfdaşı olan dövlətlər –
Next: Lənkəran-Astara bölgəsində yağıntı davam edəcək

Oxşar xəbərlər

ayfon 17
  • Media

Azərbaycanda iPhone mövqelərini niyə itirir? – Samsung və Xiaomi önə keçir

User 02 Noyabr 2026 - 15:05
vuqar zif
  • Media

Mətbuat Şurasının sədri – Jurnalistə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir

User 01 Noyabr 2026 - 18:37
suni intelekt is
  • Media

Süni intellekt bumeranqı – Şirkətlər işdən çıxardıqları əməkdaşları geri çağırır

User 01 Noyabr 2026 - 16:00

xƏBƏR

abs iran savas
  • Dünya

ABŞ İranı vurmağa hazırlaşır: CENTCOM zərbə planı hazırladı – Hücum nə vaxt olacaq?

User 04 Noyabr 2026 - 12:27
ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərq üzrə Mərkəzi Komandanlığı (CENTCOM) İrana zərbələr endirilməsi ilə bağlı plan hazırlayıb. Bu...
Read more about ABŞ İranı vurmağa hazırlaşır: CENTCOM zərbə planı hazırladı – Hücum nə vaxt olacaq?
Hörmüz boğazında 4 ölkəyə güzəşt – İran Çin və Hindistandan pul alır, Qətərdən yox hormuz
  • Dünya

Hörmüz boğazında 4 ölkəyə güzəşt – İran Çin və Hindistandan pul alır, Qətərdən yox

User 04 Noyabr 2026 - 12:16
2027-ci ildə təhsilə 5,1 milyard manat ayrılır – Məktəblərə və universitetlərə nə qədər vəsait gedəcək? tehsil
  • Sosial

2027-ci ildə təhsilə 5,1 milyard manat ayrılır – Məktəblərə və universitetlərə nə qədər vəsait gedəcək?

User 04 Noyabr 2026 - 11:30
Ölkənin müdafiəsinə 8,8 milyard manat ayrılır – 4 milyard hansı məqsədə xərclənəcək? veteran pulu
  • Baş Yazı

Ölkənin müdafiəsinə 8,8 milyard manat ayrılır – 4 milyard hansı məqsədə xərclənəcək?

User 04 Noyabr 2026 - 11:21
Azərbaycan 2027-ci ildə 6 milyard manat xarici borc götürə bilər – Büdcədə nə qədər vəsait nəzərdə tutulub? dollar02
  • Baş Yazı

Azərbaycan 2027-ci ildə 6 milyard manat xarici borc götürə bilər – Büdcədə nə qədər vəsait nəzərdə tutulub?

User 04 Noyabr 2026 - 11:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.