“Əziz xatirəsi olan hadisələr bizim dövlətləri daha da yaxınlaşdırır” –İLHAM ƏLİYEV

Rusiya rəhbərliyinin, hökumətinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk.

Bu sözləri aprelin 22-də Prezident İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşdə deyib.

“Baykal-Amur magistralı ümumittifaq miqyaslı layihə idi. Heydər Əliyevin bu layihənin icrasında əməyini yüksək qiymətləndirdiyinizi xüsusi qeyd etmək istəyirəm. Bu qlobal layihənin icrasında əmək sərf etmiş insanlarla da görüşəcəyik. Əziz xatirəsi olan hadisələr bizim dövlətləri daha da yaxınlaşdırır, münasibətlərimizin yüksələn xətlə inkişaf etməsinə töhfə verir”, – deyə dövlət başçısı bildirib.

Əvvəlki məqalə

“Hamı yaxşı bilir ki, atanızın böyük rolu olub”

Sonrakı məqalə

MEDİA sosial şəbəkə istifadəçilərinə çağırış edib