“Hamı yaxşı bilir ki, atanızın böyük rolu olub”- Putin İlham Əliyevə minnətdarlıq etdi

Rusiya prezidenti Vladimir Putin Baykal-Amur magistralının çəkilişində Azərbaycan prezidenti İlham Əliyevin atası Heydər Əliyevin mühüm rolunu və onun bütün MDB ölkələri üçün əhəmiyyətinə toxunub.

Azpost.info xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

İlham Əliyevlə görüşü açan Putin Heydər Əliyevin BAM-ın tikintisinə nəzarət etdiyini xatırladıb.

“Hamı yaxşı bilir ki, atanızın böyük rolu olub. O, hökumət komissiyasına rəhbərlik edib, dəfələrlə tikintilərə baş çəkib. Əslində, o, bütün Sovet İttifaqı üçün vacib olan bu möhtəşəm layihənin təşkilatçılarından biri idi. Biz bunu nəinki bilirik, xatırlayırıq, həm də ona çox minnətdarıq”, – Putin qeyd edib.

Öz növbəsində Azərbaycan prezidenti bildirib ki, Rusiya rəhbərliyinin və xalqının Heydər Əliyevin xatirəsinə münasibətini yüksək qiymətləndirir.

“Tarixdə belə yaddaqalan məqamlar ölkələrimizi və xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır”, – İlham Əliyev qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

Neft Fondunun investisiya portfeinin 69 faizini dollar təşkil edir

Sonrakı məqalə

“Əziz xatirəsi olan hadisələr bizim dövlətləri daha da yaxınlaşdırır” –