Fələstin İsrail hökumətinin Fələstin torpaqlarını ilhaq etmək niyyətinə görə İsrail və ABŞ-la bütün razılaşmaları ləğv etmək qərarına gəlib.
RİA Novosti xəbər verir ki, bu barədə Fələstin Milli Administrasiyasının rəhbəri Mahmud Abbas Əl-Cəzirə telekanalında canlı yayımda deyib.
Fələstin lideri bildirib ki, Fələstin Azadlıq Təşkilatı və Fələstin dövləti bu gündən etibarən ABŞ və İsrail hökumətləri ilə, o cümlədən təhlükəsizliklə əlaqəli olan bütün razılaşmalar üzrə bütün öhdəliklərdən imtina edir.
Mahmud Abbas qeyd edib ki, Fələstini beynəlxalq təşkilatlar və qurumların tərkibinə daxil etməyin vaxtı çatıb: “Beynəlxalq birliyə üzv olduğumuz ərəb, islam və regional sazişlərə beynəlxalq qanunlara sadiq olduğumuzu, və hər hansı bir formada beynəlxalq terrorizmlə mübarizəyə sadiq olduğumuzu bir daha təsdiq edirik”.
O, əlavə edib ki, Fələstin üçüncü tərəfin vasitəçiliyi ilə Fələstin-İsrail qarşıdurmasına dair danışıqlara qayıtmağa hazırdır.