Fələstin Prezidenti Mahmud Abbas son 15 ildə ilk dəfə olaraq ümumseçkilərin keçirilməsinə dair fərman imzalayıb.
APA xəbər verir ki, bu barədə “WAFA” agentliyi məlumat yayıb.
“Fərmana əsasən, qanunverici məclisə seçkilər 22 may 2021-ci il tarixdə, prezident seçkiləri isə 31 iyul 2021-ci il tarixdə keçiriləcək”, – deyə agentlik yazıb.