“Fənərbağça” qalib gəlib- Türkiyə Superliqası

Bu gün Türkiyə Superliqasında XXVIII turun növbəti oyunları keçirilib.

“Fənərbağça” səfərdə “Hatayspor”la qarşılaşıb. Görüş İstanbul nəhənginin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 25-ci dəqiqədə Osayi Samuel və 40-cı dəqiqədə Cengiz Ündər vurub.

Günün digər oyunlarında “Rizəspor” “Kayserispor”u 3:0 hesabı ilə məğlub edib. “Ankaragücü”- “İstanbulspor” görüşü isə qollu sülhlə başa çatıb – 1:1.

Qeyd edək ki, “Fənərbağça” 73 xalla turnir cədvəlinə başçılıq edir. Bir oyun az keçirən “Qalatasaray” 72 xalla 2-ci, 46 xalı olan “Trabzonspor” isə 3-cü pillədə qərarlaşıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.