Fələstin səhiyyə naziri beynəlxalq ictimaiyyətə müraciət etdi

Fələstinin səhiyyə naziri Mey Keyli beynəlxalq ictimaiyyətə müraciət edib.

Azpost.info xəbər verir ki, nazir Qəzzada xəstəxanalar üçün dərman və yanacaq idxalına icazə verilməsi üçün tədbirlər görməyə çağırıb.

“Beynəlxalq ictimaiyyət və humanitar təşkilatlar Misir sərhədindəki “Rəfah” keçidini açmaq üçün dərhal müdaxilə etməli və Qəzza xəstəxanaları üçün dərman və yanacağın girişinə icazə verməlidir”, – Keyli deyib.

Onun sözlərinə görə, İsrail Qəzzadakı tibb müəssisələrinə zərbələr endirməkdə davam edir. Keyli onu da qeyd edib ki, İsrail hakimiyyətinin xəstəxanaların radikallar tərəfindən öz məqsədləri üçün istifadə edilməsi ilə bağlı ittihamları hava zərbələrinə haqq qazandırmaq cəhdləridir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.