“Fələstin xəstəxanasına hücuma görə İsrail məsuliyyət daşıyır”- Afrika İttifaqı

Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamat İsraili Qəzzada xəstəxanaya hücumla  müharibə cinayəti törətməkdə ittiham edib.

Azpost.info xəbər verir ki, o, Afrika İttifaqının beynəlxalq hüquqla qorunan mülki obyektlərə hücumları pislədiyini bildirib.

Mahamat beynəlxalq ictimaiyyəti Fələstin-İsrail münaqişəsinin həlli üçün tədbirlər görməyə çağırıb.

“İsrailin Qəzzada yüzlərlə insanın ölümünə səbəb olan xəstəxananı bombalamasını qınadığımızı tam ifadə etməyə söz yoxdur. Beynəlxalq humanitar hüquqla təhlükəsiz yer hesab edilən xəstəxanaya hücum müharibə cinayətidir. Beynəlxalq ictimaiyyət təcili tədbirlər görməlidir”, – Mahamat qeyd edib.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.