“Fələstinin İsrailə hücumu 2022-ci ildən hazırlanır”- HƏMAS yaraqlısı

“Fələstinin İsrailə hücumu 2022-ci ildən hazırlanır”.

Azpost.info xəbər verir ki, bunu HƏMAS yaraqlısı Əbu Obeydu bildirib.

Onun sözlərinə görə, qrup üzvləri qəsdən İsraili gözlənilən hücumla bağlı məlumatsız saxlayıb və bununla da bitərəflik illüziyası yaradıblar.

“Bu strategiya son dərəcə uğurlu olub. Hazırda İsrail öz uğursuzluqlarını ört-basdır etmək üçün hazırkı hərbi kampaniyasında qətl törədir və qan tökür”, – HƏMAS yaraqlısı deyib.

Obeydunun dediyinə görə, bu müddət ərzində HƏMAS 4,5 min döyüşçünü cəlb edə bilib. O, hərəkatın rəhbərliyinin hazırda İsrailin istənilən hərəkətinə, o cümlədən quru əməliyyatına hazır olduğunu vurğulayıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.