“İsrailin bu hərəkətini müharibə elanı kimi qiymətləndirəcəyik”- İordaniya Baş naziri

İordaniya İsrailin fələstinliləri Qəzza zolağından çıxarmaq cəhdini müharibə elanı kimi qiymətləndirəcək.

Azpost.info xəbər verir ki, bunu Baş nazir Bişar əl-Xasaune bildirib.

“Fələstinliləri Qəzza zolağından və ya İordan çayının qərb sahilindən çıxarmaq və ya buna şərait yaratmaq cəhdləri “qırmızı xətt”dir və İordaniya onları müharibə elanı hesab edəcək”, – Baş nazir deyib.

O qeyd edib ki, İsrailin Qəzzaya təcavüzünün güclənməsinə cavab vermək üçün artıq bütün variantlar hazırdır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.