“Fənərbağça” 9 ildən sonra öz rekordunu yeniləyib

Türkiyə Superliqasının yeddinci turunda “Antalyaspor” üzərində 2:1 hesablı qələbə (2:1) “Fənərbağça” üçün əlamətdar olub.

İstanbul klubu 2011-2012-ci il mövsümündən bəri ilk dəfə Superliqada ilk yeddi oyundan məğlubiyyətsiz ayrılıb.

Qeyd edək ki, “Fənərbağça” cari mövsümdə keçirdiyi 7 oyundan 5-də qalib gəlib, 2 görüşdə heç-heçə edib. Hazırda 17 xalla lider olan komanda 2011-2012-ci il mövsümündə də bu qədər xal toplayıb. Həmin mövsümdə “Fənərbaxça”nın ilk məğlubiyyəti 10-cu tura təsadüf edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Teledərslərin noyabrın 4-nə olan cədvəli

Sonrakı məqalə

Xəzər dənizində 4,6 bal gücündə zəlzələ oldu