F-16-ların ilk partiyası Ukraynaya çatdırılıb-Bloomberg

NATO müttəfiqlərinin Ukraynaya verdikləri F-16 qırıcılarının ilk partiyası bu ölkəyə çatdırılıb.

Bu barədə “Bloomberg“ nəşri mənbələrə istinadən məlumat yayıb.

Onların fikrincə, çatdırılan təyyarələrin sayı azdır. Mənbələr onu da qeyd ediblər ki, son aylarda Qərbdə təlim keçən ukraynalı pilotların dərhal döyüş təyyarələri ilə uçmağa başlaya biləcəkləri və ya prosesin daha uzun çəkəcəyi də bəlli deyil.

Bloomberg Kiyevə təhvil verilən F-16-lar və onları göndərən ölkələr haqqında heç bir məlumat verməyib. Agentlik F-16-ların təhvil verilməsini bir ildən çox vaxt aparan “çoxdan gözlənilən addım” adlandırıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.