F-16V qırıcısı gecə saatlarında müəmmalı şəkildə yoxa çıxıb

ABŞ istehsalı olan F-16V tipli döyüş təyyarəsi Tayvan sahilləri yaxınlığında keçirilən gecə təlim uçuşu zamanı radarlardan itib. AzPost yerli KİV-lərə istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib və təyyarə ilə əlaqə qəfil kəsilib.

Məlumata görə, qırıcının pilotu, kapitan Sin Po-yi yoxa çıxmazdan az əvvəl katapult etməyi planlaşdırdığını bildirib. Bu siqnaldan cəmi səkkiz saniyə sonra təyyarə radar ekranlarından tamamilə itib.

Hazırda axtarış-xilasetmə xidmətləri tərəfindən pilotun fövqəladə siqnal verib-vermədiyi müəyyənləşdirilməyib. Qəza mayaklarından hər hansı bir siqnal alınmayıb. Son əlaqə nöqtəsinin dəniz üzərində olduğu bildirilir.

Pilotun katapult edib-etmədiyi hələlik məlum deyil. Tayvanın müvafiq qurumları tərəfindən genişmiqyaslı axtarış əməliyyatı davam etdirilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.