“Facebook” ayrıca ödəniş sistemi yaradır

04 Mart 2020 - 14:25

“Facebook” şirkəti özünün ayrıca elektron ödəniş sistemini yaratmaq ehtimallarını dəyərləndirir.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, belə bir addım Libra kriptovalyutası ilə bağlı layihənin G7 ölkələri (Böyük Britaniya, Almaniya, İtaliya, Fransa, Kanada, ABŞ, Yaponiya) tərəfindən mənfi qarşılanmasından sonra gündəmə gəlib.

Libra bazasında yaradılacaq yeni ödəniş sisteminin ABŞ dolları, avro, yaxud başqa valyutalarda tranzaksiyalar həyata keçirmək imkanı təmin edəcəyi bildirilir. Belə ki, aralarında “Facebook” da olmaq şərtilə 20-dən çox şirkət və təşkilatın daxil olduqları “Libra Association” konsorsiumu yaxın vaxtlarda layihənin yeni konsepsiyasını açıqlayacaq.

Bununla belə “Facebook” kriptovalyuta yaratmaq fikrindən heç də vaz keçməyib. Belə ki, mənbələrin dediyinə görə əvvəlki layihənin genişlənməsi nəzərdə tutulur. Eyni zamanda kriptovalyuta yox, ödəniş sistemi yaradılacağı təqdirdə ABŞ vətəndaşları üçün “Pay Pal” tipli sistemlərdən bir o qədər də fərqlənməyən yenisindən o yana getməyəcək.