Facebook Trampla bağlı qərarı qüvvədə saxlayıb

Facebook-un müstəqil nəzarəti heyəti sosial şəbəkənin ABŞ-ın keçmiş prezidenti Donald Trampın hesabını bağlamaq qərarını qüvvədə saxlayıb.

Amma qurum onun platformadan qeyri-müəyyən müddətə kənarlaşdırılmasını məqbul saymayıb. Heyət mayın 5-də bildirib ki, Trampın seçkidə saxtakarlıqla bağlı dəfələrlə əsassız iddialar səsləndirməsi, tədbir görməyə çağırması “ciddi zorakılıq riskinin mümkün olduğu mühit yaradıb”. Onun yanvarın 6-da sosial şəbəkədə postlarından sonra tərəfdarları Kapitoli binasına hücum etmişdilər.

Qurum şəbəkəni altı ay içində “məsələni nəzərdən keçirərək uyğun cavab tədbiri müəyyənləşdirərək onu əsaslandırmağa” çağırıb.

“Facebook-un istifadəçini qeyri-müəyyən müddətə platformadan kənar saxlamasına, hesabın nə vaxtsa bərpa olunacağına kriteriya açıqlamamasına icazə verilmir”, – qərarda vurğulanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Vergi və gömrük güzəştləri ilə bağlı Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi yaradılıb

Sonrakı məqalə

Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi-