“Facebook” yeni servisini işə salır –

Qrup videozəngləri
25 Aprel 2020 - 10:16

“Facebook” şirkəti “Messenger Rooms”da qrup videozəngləri servisini işə salır. 

Bu barədə şirkətin saytında yerləşdirilmiş məlumatda deyilir.

““Facebook” və ya “Facebook Messenger”də “otaq” yaradın və hətta “Facebook”da qeydiyyatdan keçməyənlər də daxil olmaqla,  istənilən şəxsi sizin videozənginizə qoşulmağa dəvət edin. “Otaqlar”a 50-ə yaxın adamı dəvət etmək olar və  vaxt (zənglərin) məhdudiyyəti olmayacaq”, – deyə şirkətin bəyanatında bildirilir.

Funksiyanın “Instagram Direct”, “WhatsApp” və “Portal” üzərindən də əlçatan olacağı qeyd edilir.

Bundan savayı, şirkətdən bildirilir ki, “WhatsApp”da da vizeozənglər funksiyası genişləndiriləcək. Tezliklə, bu tətbiqdə zəng və videozənglərə səkkizə yaxın şəxs qoşula biləcək.