Qarajda toz basmış nadir avtomobil bir milyon dollara satışa çıxarıldı –FOTO

ABŞ-da qarajda toz basmış 1960-cı ilin nadir “Mercedes-Benz 300 SL Roadster” avtomobili bir milyon dollara satılacaq.

Bu barədə “Daily Mail” nəşri yazır.

60 illik maşın İndiana ştatından olan alman əsilli həkim öldükdən sonra, onun qohumları tərəfindən aşkar edilib. Kişinin avtomobil kolleksiyaçısı olduğu bildirilir. Onun qarajında bahalı “300 SL Roadster”lə yanaşı, hələ 1960-cı illərdə yığılmış bir neçə qədim “Porsche” və “Ferrari 330 GT” də daxil olmaqla, çoxlu müxtəlif modellər tapılıb.

Ailə üzvlərinin sözlərinə görə, həkim  nadir hallarda idman avtomobili sürürdü, 1980-ci ildən bəri isə ondan heç istifadə etmirdi. Avtomobil Nyu-Yorkun qədim klassik nüsxələrin alınması ilə məşğul olan “Gullwing Motor Cars” şirkətinə verilib. Hal-hazırda avtomobil 1,095 milyon dollara satışa çıxarılıb.

Qeyd edək ki, “Mercedes-Benz 300 SL Roadster” tarixin ən gözəl və nadir avtomobillərindən biri hesab olunur. Bu modelin cəmi 249 nüsxəsi buraxılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Kim Çen Inın ciddi xəstə olması barədə xəbər yalan çıxdı –

Sonrakı məqalə

“Facebook” yeni servisini işə salır –