Faktiki hava açıqlanıb

hava proqnozu haqqında
hava proqnozu haqqında

Milli Hidrometeorologiya Xidmətinin mayın 4-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində küləkli və yağışlı hava şəraiti davam edir.

Xidmətdən bildirilib ki, bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv olub.

Belə ki, düşən yağıntının miqdarı Qubada 17, Ağdamda 16, Xınalıqda 15, İsmayıllı, Naxçıvan, Xaltan və Şahdağda 14, Göyçayda 12, Culfa, Şabran, Şahbuz, Qəbələ və Şabranda 10, Şamaxıda 6, Xaçmaz, Bərdə, Tərtər, Zərdab, Altıağac, Astara, Naftalan, Qusar, Oğuz, Yardımlı, Gədəbəy, Mingəçevir, Kürdəmir, Lerik, Şərur, Goranboy, Yevlax, Beyləqan, Göygöl, Gəncə, Şəki, Ordubad, Daşkəsən, Biləsuvar, Lənkəran, Şəmkir, Zaqatala, Ceyrançöl, Cəlilabad, Qobustan və Neftçalada 5 mm-dir.

Mayın 3-ü saat 23:25 radələrində Şahbuza diametri 5 mm, mayın 4-ü saat 00:10 radələrində isə Naxçıvana diametri 21 mm olan dolu düşüb.

Bir sıra ərazilərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eyni zamanda Altıağac və Neftçalada 20, Culfada 19, Gəncədə 18 m/s-dək güclənir.

Sumqayıt, Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Şamaxı, Qrız, Şəki, Qəbələ, Qusar, Qobustan, Göyçay, Zərdab, Şərur, Qax və Lerikdə duman müşahidə olunur, dumanda görünüş 500 metrədək məhdudlaşır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.