“Fazil Mustafaya qarşı hücumun məqsədi qorxu yaratmaqdır” –Heydər Əliyevin sabiq müşaviri

“Milli Məclisin deputatı Fazil Mustafaya qarşı silahlı hücum şübhəsiz ki, terror hadisəsidir və məqsəd Azərbaycan cəmiyyətində qorxu xofu yaratmaqdır”.

Bu barədə Azpost.info-ya mərhum prezident Heydər Əliyevin beynəlxalq məsələlər üzrə sabiq müşaviri, politoloq Qabil Hüseynli bildirib.

Onun sözlərinə görə, Fazil Mustafanın hədəf seçilməsi təsdüfi deyil: “Fazil Mustafa Milli Məclisin ən fəal deputatlarından biridir. O, davamlı olaraq ölkənin təhlükəsizliyinə yönəlik addımlara qarşı çıxışlar edib. Hesab edirəm ki, həm də bu baxımdan hədəf gəlib”, – deyə politoloq əlavə edib.

Qabil Hüseynlinin fikrincə, Fazil Mustafaya qarşı terror aktının ssenarisi Tehranda hazırlana bilər: “Açığı mən bu məsələdə hələ ki, İran versiyasına üstünlük verirəm. Amma təbii ki, araşdırmalar başa çatandan sonra bütün məsələlər aydınlaşacaq. İran versiyasına üstünlük verməyim bu ölkə tərəfindən davamlı təhdidlərə məruz qalmamız, bəzi hallarda oxşar aktların törədilməsi – məsələn, Tehranda səfirliyimizə hücum – və s. amillərdir. Bu gün sirr deyil ki, İran-Azərbaycan münasibətlərində gərginlik var və bu gərginlik artan xətlə davam edir. İndiki mərhələdə İrandan Azərbaycana ciddi təhlükə var. Bu baxımdan, əlbəttə ki, İranın ölkəmizdə bu tip hadisələrin törədə biləcəyi gözardı edilməməlidir”, – deyə politoloq vurğulayıb.

Abbas

Əvvəlki məqalə

Prezident Fazil Mustafanın müalicəsi ilə bağlı tapşırıq verdi –

Sonrakı məqalə

Putin hökumət üzlərini topladı