FED.AZ biznes-maliyyə portalının 5 yaşı tamam olur

Bu gün Azərbaycanın aparıcı biznes maliyyə saytlarından olan FED.az biznes maliyyə portalının 5 yaşı tamam olur.

FED.AZ (Finance, Economic Development) müstəqil xəbər portalı 2017-ci ilin dekabr ayının 15-də təsis edilərək oxucuları ölkədə baş verən mühüm iqtisadi, biznes və maliyyə sahəsinə aid xəbərlərlə (az-rus) gündəlik olaraq məlumatlandırır.

Gündəlik xəbərlərlə yanaşı, redaksiya tərəfindən maliyyə bazarı iştirakçılarının (bank, sığorta vəs.) əsas maliyyə göstəriciləri üzrə dövrü renkinqləri, maliyyə, əmlak bazarı və qiymətli kağızlar üzrə aylıq təhlillər, gündəlik birja və tender xəbərləri, həmçinin canlı yayımlar təqdim olunur.

Hazırda FED.AZ ölkənin ən çox oxunan iqtisadi-maliyyə yönümlü ixtisaslaşmış xəbər saytlarından biridir.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.