Feminist fəalların Fəvvarələr meydanında aksiya ilə bağlı müraciətinə cavab verilib

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) feminist fəalların martın 8-də qadın hüquqları ilə bağlı Fəvvarələr meydanından Natəvanın heykəlinə qədər yürüş keçirilməsi barədə müraciətinə cavab verib.

BŞİH aksiyanı məqsədəuyğun saymayıb.

Qeyd edilib ki, toplantı məqsədəuyğun hesab edilməsin. Müraciət edilən ərazilər paytaxt sakinləri və qonaqların ən çox istifadə etdiyi istirahət yerləridir, ictimai iaşə, xidmət, əyləncə obyektləri mövcuddur.
Bunları nəzərə alaraq, aksiya məqsədəuyğun hesab edilməyib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.