Fevral ayından Türkiyə ilə Azərbaycan ordusu arasında ortaq hərbi təlim-məşqləri keçiriləcək

Fevralın 1-dən 12-dək Türkiyə ilə Azərbaycan ordusu arasında ortaq hərbi təlimlər keçiriləcək.

Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “Qış-2021 Türkiyə-Azərbaycan Taboru Kombinə Edilmiş Birgə Vəzifə Gücü Təlimi”nə qatılacaq Azərbaycanlı hərbçilər artıq Qarsa gediblər.

“Qarabağda Ermənistan Ordusuna qarşı böyük bir qələbə qazanan qardaşlarımızı qürurla qarşılayırıq. “Bir millət, iki dövlət” anlayışımızla “bir ürək, bir bilək, bir yumruq” kimi birləşərək, fəaliyyətlərimizə davam edəcəyik!” – deyə məlumatda bildirilib.(APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir