Fevralın 15-dən universitet və kolleclərdə praktik ixtisaslar üzrə təhsil bərpa olunacaq

Ali və orta ixtisas təhsili müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə tədris ənənəvi formada bərpa olunacaq.

Təhsil Nazirliyindən verilən məlumata görə, fevralın 15-dən ali və orta ixtisas təhsili və peşə təhsili müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, mühəndislik və s.) ənənəvi formada bərpa olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakı, Sumqayıt və Abşeronda 5-9-cu siniflər üçün dərslər fevralın 15-də bərpa olunacaq

Sonrakı məqalə

2021-ci il üçün icbari tibbi sığortanın xidmətlər zərfinə daxil olan xidmətlərin sayı açıqlanıb