Tailandda silahlı əsgər 20 mülki vətəndaşı öldürüb-16 nəfəri girov götürüb VİDEO (YENİLƏNİB)

Tailandda ticarət mərkəzində girov saxlanılan 16 nəfərin azad edilməsi üçün xüsusi təyinatlılar əməliyyata başlayıb. 

“RİA Novosti”-nin verdiyi xəbərə görə əməliyyatın gedişatı barədə əlavə məlumat verilmir.

Qeyd edək ki,  Tailandda əsgərin mülki vətəndaşlara atəş açması nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb. Cinayətkar “Terminal-21” ticarət mərkəzinin dördüncü mərtəbəsində 16 nəfəri girov saxlayır.

Tailandda əsgərin mülki vətəndaşlara atəş açması nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb. Silahlı 16 nəfəri girov saxlayır.

***

Tailandın Nakhon Ratçhasima şəhərində atışma baş verib.

Hərbi düşərgədə hərbçilərdən biri öz kamandirini və daha iki nəfəri güllələyərək oğurluq avtomobildə hadisə yerindən qaçıb.

Daha sonra ticarət mərkəzi istiqamətində hərəkət edən cinayətkar qarşısına çıxan insanlara atəş açıb və öz hərəkətlərini feysbuk vasitəsi ilə canlı yayımlayıb. Bir müddət sonra onun feysbuk səhifəsi bağlanıb.

Məlumata görə, hadisə nəticəsində 17 nəfər həlak olub, 14 nəfər isə yaralanıb.

Bildirilir ki, hazırda cinayətkar “Terminal-21” ticarət mərkəzinin 4-cü mərtəbəsində 16 nəfəri girov götürüb. Hüquq-mühafizə orqanlarının əməkdaşları ordu ilə birlikdə cinayətkarı saxlamaq üçün əməliyyat keçirirlər. (APA)

https://youtu.be/yAQt2x7YyN0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tramp onun əleyhinə ifadə verən iki nəfəri vəzifədən azad etdi –

Sonrakı məqalə

Neftçalada yaşayış binası yanır, xəsarət alan yoxdur –