Tramp onun əleyhinə ifadə verən iki nəfəri vəzifədən azad etdi –Demokratlar dəhşətə gəlib

Prezident Donald Tramp cümə günü Avropa İttifaqındakı səfiri Qordon Sondlandı vəzifədən uzaqlaşdırıb. Sondland impiçment araşdırması zamanı Trampa ziyan vuracaq ifadə vermişdi. O, yaydığı bəyanatda Trampın onu dərhal geri çağırmaq niyyətində olduğunu deyib.

Bundan bir neçə öncə isə impiçment məsələsində mühüm rol oynayan əsgər və milli təhlükəsizlik müşaviri Ağ Evdən çıxarılıb. Onun vəkili deyib ki, Vindmana “həqiqəti söylədiyinə” görə Ağ Evi tərk etməsinə göstəriş verilib.

“Həqiqəti söyləmək polkovnik-leytenant Aleksandr Vindmana işi, karyerası və məhrəmliyi bahasına başa gəldi” – deyə, vəkil Deyvid Pressman bəyanatında bildirib.

Ordu isə bəyanatda bildirib ki, Vindman və onun əkiz qardaşı polkovnik-leytenant Yevgeni Vindman da cümə günü Ağ Evdə vəkil vəzifəsindən uzaqlaşdırılıb və onlara yenidən orduda vəzifə verilib.

Aleksandr Vindmanın vəkili bir səhifəlik bəyanat yayıb və orada Trampı onun müvəkkilindən qisas almaqda günahlandırıb.

“O, ordu üzvünün hər gün etməyə borclu olduğu şeyi edib: o, əmrləri yerinə yetirib, o, verdiyi anda əməl edib və ölkəsinə xidmət edib. O bunu edərkən belə təhlükələrlə üzləşib. Buna görə də, səssiz, təsir altına düşə bilən və onunla əlbir olanlar sayəsində vəzifədə qalan dünyanın ən güclü insanı ondan qisas almağa qərar verib”, o deyib.

Ağ Ev Pressmanın ittihamlarına cavab verməyib.

“Biz şəxsi məsələlərlə bağlı şərh vermirik”, Ağ Evin xarici siyasət qolu olan Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Ullyot bildirib. Vidman Milli Təhlükəsizlik Şurasında Ukrayna üzrə ekspert vəzifəsində çalışırdı.

Vindman Trampın “xarici hökümətdən sabiq vitse-prezident Co Bayden və oğlunun Ukraynadakı Burisma adlı enerji şirkəti ilə əlaqələrini araşdırmasını istəməsinin” “düzgün” olmadığını düşündüyünə dair ifadə verəndən bəri onun statusu qeyri-müəyyən idi. Lakin Tramp cümə axşamı Ağ Evdə Respublikaçı tərəfdaşları ilə birlikdə bəraət qazanmasını təntətə edərkən Vindmanı lağa qoymasından, cümə günü isə ondan məmnun olmadığını deməsindən sonra Vindmanın vəzifədən uzaqlaşdırılacağı gözlənilirdi.

“Mən ondan məmnun deyiləm. Sizcə məmnun olmalıyam? Deyiləm…Bu qərarı onlar verəcək” – Tramp Ağ Evdə müxbirlərə bildirib.

20 illik ordu veteranı olan Vindman ötən il impiçment dinləməsinə medallarla bəzədilmiş uniformasında qatılmışdı.

Trampın tərəfdarları Vindmanın işdən çıxarılmasını dəstəkləyib, Demokratlar isə dəhşətə gəlib. (Amerikanın Səsi)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Antarktidada rekord temperatur? –

Sonrakı məqalə

Tailandda silahlı əsgər 20 mülki vətəndaşı öldürüb-