FHN əməkdaşları Türkiyəyə yola düşüb

30 İyul 2021 - 19:23

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələri Türkiyə Respublikasına yola düşüb.

FHN-in Dövlət Yanğın Mühafizə Xidmətinin 100 əməkdaşı Heydər Əliyev Beynəlxalq Hava Limanından Türkiyənin Dalaman vilayətinə yola salınıb.