FHN əməkdaşları Sumqayıtda ağırçəkili şəxs xəstəxanaya çatdırıb –VİDEO

Sumqayıt şəhərində ağırçəkili 1 nəfərin şəxsin xəstəxanaya çatdırılması onun ağırçəkili olması səbəbindən mümkün olmayıb və bu barədə kömək məqsədilə FHN-in “112” qaynar xəttinə müraciət ediblər.

FHN-dən verilən xəbərə görə, nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasediciləri köməyə ehtiyacı olan vətəndaşın yardımına yetişərək onu onmərtəbəli binanın doqquzuncu mərtəbəsindən düşürüb və Təcili Tibbi Yardım Briqadasına təhvil veriblər. Sonra FHN-in xilasediciləri Təcili Tibbi Yardım avtomobilini müşayiət edərək xəstənin həmin maşından düşürərək xəstəxananın ikinci mərtəbəsinə qaldırıb və aidiyyəti şöbəyə təhvil veriblər.

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.