FHN Azərbaycanda yanğınların ən çox baş verdiyi yerləriAÇIQLADI

Fövqəladə Hallar Nazirliyi Azərbaycanda yanğınların ən çox hansı sahələrdə baş verdiyini açıqlayıb.

Trend-in məlumatına, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına Qarşı Təbliğat Şöbəsinin Baş Mütəxəssisi Nizami Fərəcov bildirib ki, bütün yanğınların 70 faizi yaşayış sektorunda baş verir. Bu sırada ikinci yerdə nəqliyyat sektoru dayanır. Yəni nəqliyyat vasitələrinin istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması sonda yanğına səbəb olur.

N.Fərəcov əlavə edib ki, daha sonra çox yanğınlar məişət-mədəniyyət sahəsində, meşələrdə, ən sonda isə sənaye, kənd təsərrüfatı və s. sektorunda baş verir.

FHN rəsmisi vurğulayıb ki, bütün yanğınların 40 faizi elektrik təsərrüfatının payına düşür. Elektrik cihazlarının quraşdırılması və istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması elektrik təsərrüfatında yanğınların baş verməsi təhlükəsini yaradır: “Təhlil göstərir ki, bu yanğınların cəmi 4-5 faizi təbii faktorlardandır. Yerdə qalan böyük yanğınların əsl səbəbkarı elə insanlar özləridir. Ehtiyatsızlıq, səhlənkarlıq yanğın təhlükəsizliyi qaydalarının pozulmasına səbəb olur. Bu səbəbdən də hər gün ölkə ərazisində orta hesabla 5-6 yanğın hadisəsi qeydə alınır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

10 əcnəbi Azərbaycandan deportasiya ediləcək

Sonrakı məqalə

Prezident üç generalı “Rəşadət” ordeni ilə təltif edib