FHN Kəlbəcərdə göldə boğulan hərbçinin axtarışına başlayıb

18 İyun 2021 - 09:52

Fövqəladə Hallar Nazirliyi (FHN) Kəlbəcərdə göldə boğulan hərbçinin axtarışına başlayıb.

Nazirliyin “112” qaynar telefon xəttinə Kəlbəcər rayonu ərazisində Böyük Alagöl gölündə 1981-ci il təvəllüdlü Fərzəliyev İlham Allahverdi oğlunun batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, Azərbaycan Ordusunun zabiti, kapitan İlham Fərzəliyev dünən Kəlbəcər rayonu ərazisində yerləşən Alagöldə çimərkən boğularaq ölüb.