FHN Xəzərlə bağlı Çərçivə Konvensiyası üzrə səlahiyyətli orqan kimi müəyyənləşib –SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının Neftlə çirklənmə halları ilə mübarizədə regional hazırlıq, cavab tədbirləri və əməkdaşlıq haqqında Protokolu” üzrə səlahiyyətli orqanın müəyyən edilməsi barədə Sərəncam imzalayıb.

Sərəncama əsasən 2011-ci il avqustun 12-də Aktau şəhərində imzalanmış “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının Neftlə çirklənmə halları ilə mübarizədə regional hazırlıq, cavab tədbirləri və əməkdaşlıq haqqında Protokolu” üzrə Azərbaycan Respublikası tərəfindən səlahiyyətli orqan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi müəyyən edilib.

Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının Neftlə çirklənmə halları ilə mübarizədə regional hazırlıq, cavab tədbirləri və əməkdaşlıq haqqında Protokolu” üzrə Azərbaycan Respublikası tərəfindən səlahiyyətli orqanın müəyyən edilməsi barədə həmin Konvensiyanın Katibliyinə bildiriş göndərməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Laçında yol qəzasında həlak olan hərbçimiz dəfn olundu –

Sonrakı məqalə