Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İdman

FIFA ABŞ-ın oyunlarla bağlı qərar vermək səlahiyyətini tanıyıb

User 16 Oktyabr 2025 - 18:31 (Last updated: 16 Oktyabr 2025 - 18:31)
fifa kubok

ABŞ prezidenti Donald Tramp bildirib ki, futbol üzrə dünya çempionatı zamanı oyunların hansı şəhərlərdə keçiriləcəyinə ev sahibi ölkə – ABŞ qərar verə bilər.

O vurğulayıb ki, təhlükəsizliklə bağlı narahatlıq yarandığı halda, FIFA prezidenti Canni İnfantinoya zəng edərək oyunların başqa şəhərə köçürülməsini təklif edəcək.

FIFA Trampın bu açıqlamasına münasibət bildirərək təsdiqləyib ki, hökumətlər, o cümlədən ABŞ hökuməti, turnirin keçirildiyi şəhərlərdə təhlükəsizlik məsələlərinə cavabdehdir və hansı şəhərlərin təhlükəsiz hesab ediləcəyinə qərar vermək hüququna malikdir. Qurum əlavə edib ki, “təhlükəsizlik və ictimai asayiş bütün tədbirlərdə ən yüksək prioritet olmalıdır”.

Donald Tramp son açıqlamalarında Demokrat Partiyasının idarə etdiyi şəhərlərdə cinayətkarlığın artdığını tənqid edib və Kaliforniyanın həm 2026-cı il dünya çempionatından, həm də 2028-ci il Los-Anceles Yay Olimpiya Oyunlarından məhrum ola biləcəyini istisna etməyib.

Xatırladaq ki, 2026-cı ildə keçiriləcək genişlənmiş (48 komandadan ibarət) dünya çempionatının 104 oyunundan 78-i ABŞ-da, qalanı isə Kanada və Meksikada baş tutacaq. Final qarşılaşması Nyu-Cersidəki stadionda oynanılacaq.

Tramp və FIFA prezidenti Canni İnfantino arasında münasibətlər Trampın ilk prezidentlik dövründən başlayır. Onlar müxtəlif beynəlxalq sammitlərdə birgə iştirak edib və sonuncu dəfə Yaxın Şərqdə keçirilən sülh sammitində görüşüblər.

AzPost.az

Post navigation

Previous: 117 yaşında ölən qadının uzunömürlü olmasının səbəbi müəyyən olundu
Next: Şikayətçi “Kontakt Home”də çatdırılma xidmətindən narazı qalıb

Oxşar xəbərlər

gules
  • İdman

Azərbaycanlı güləşçisi beşqat dünya çempionu oldu

User 25 Oktyabr 2026 - 19:02
ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
fifa 2026
  • İdman

FIFA: Azərbaycan dünya çempionatına hazırdır

User 22 Oktyabr 2026 - 10:58

xƏBƏR

sarigul
  • Dünya

Azərbaycanın “qara siyahı”ya saldığı Türkiyə vətəndaşı İstanbulda saxlanıldı

User 26 Oktyabr 2026 - 23:53
Türkiyədə Azərbaycanın ölkəyə girişini qadağan etdiyi 31 nəfərdən biri olan “Köklü Değişim” jurnalının və media qrupunun İstanbul...
Read more about Azərbaycanın “qara siyahı”ya saldığı Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
İran prezidenti Moskvaya gedib putin pezeskian
  • Dünya

İran prezidenti Moskvaya gedib

User 26 Oktyabr 2026 - 23:50
Banan insult riskini azalda bilər – Alimlər faydalarını açıqladı banan
  • Maraqlı

Banan insult riskini azalda bilər – Alimlər faydalarını açıqladı

User 26 Oktyabr 2026 - 23:38
Azərbaycanda mal ətinin qiyməti 10,78 dollardır – Dünyada ətin baha olduğu ölkələr / SİYAHI et bazari
  • İqtisadiyyat

Azərbaycanda mal ətinin qiyməti 10,78 dollardır – Dünyada ətin baha olduğu ölkələr / SİYAHI

User 26 Oktyabr 2026 - 23:26
Putin NATO-dan Pribaltika və Finlandiyadan çıxmağı tələb edir putin
  • Dünya

Putin NATO-dan Pribaltika və Finlandiyadan çıxmağı tələb edir

User 26 Oktyabr 2026 - 23:06
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.