FİFA prezidenti Bakıya gəlir

20 İyun 2021 - 16:30

FİFA-nın prezidenti Gianni İnfantino Bakıya gələcək.

Bu barədə məlumatı AFFA rəsmi saytı vasitəsilə yayıb.

Bildirilib ki, bu gün AVRO-2020-nin A qrupu çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək İsveçrə – Türkiyə oyununu izləmək üçün FİFA-nın prezidenti Gianni İnfantino paytaxtımıza gələcək.

Qeyd edək ki, qarşılaşma saat 20:00-da başlayacaq.